Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Şenol Can ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ona xidmətlərinə görə təşəkkür edən klub, gələcək karyerasında uğurlar arzulayıb.
Şenol Can bu ilin mart ayından Super Liqa komandasını çalışdırırdı. O, bu komandanı cəmi 10 rəsmi matça çıxarıb. “Kasımpaşa” bu görüşlərdə 4 qələbə qazanıb, 3 heç-heçə edib, 3 oyunda da məğlubiyyətə üzülüb.
Qeyd edək ki, “Kasımpaşa” dünən Super Liqanın yeni mövsümünün ilk turu çərçivəsində səfərdə “Hatayspor”la heç-heçə (1:1) edib.


