“Kasımpaşa” yeni baş məşqçi seçimini etdi

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Şenol Can çalışdıracaq.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Yeni baş məşqçi bu postda bir gün öncə istefa vermiş Sami Uğurlunu əvəz edib. Onun istefasına komandanın yeni mövsümün ilk iki turunda böyük hesablarla uduzması səbəb olub. “Kasımpaşa” yeni mövsümün ilk turunda “Başakşəhər”ə 0:4, 2-ci turda isə “Fənərbaxça”ya 0:6 hesabıyla məğlub olub.

Şenol Can daha öncə də “Kasımpaşa”da çalışıb. 2020/21 mövsümünün son 10 turunda bu komandaya məhz sözügedən mütəxəssis rəhbərlik edib. Lakin 2021/22 mövsümündə cəmi 2 turdan sonra onunla yolların ayrılmasına qərar verilmişdi. O, bu komandadan ayrılandan bəri işsiz idi. Gənc mütəxəssis daha öncə “Fatih Karagümrük”də də çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: