“Keşlə” dörd futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Anatole Abanq və Nicat Qurbanov ilə müqavilələrin müddəti başa çatıb. Con Kamara və Omar Qudiabi ilə müqaviləyə də qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Keşlə” rəhbərliyi futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib. Onların hər birinə karyeralarında uğurlar arzulanıb.
Xatırladaq ki Anatole Abanq 2020-ci ilin dekabrından paytaxt klubunda forma geyinirdi. Omar Qudiabi bu yaydan etibarən “Keşlə”yə cəlb olunmuşdu. Əvvəllər də bu komandada oynamış Con Kamara oktyabrda yenidən geri qaytarılmışdı. Nicat Qurbanov isə bu ilin yanvarından Bakı təmsilçisinin uğurları üçün çalışırdı.


