“Keşlə” müdafiəçisi Miyuşko Boyoviç ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi ilə futbolçu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Paytaxt klubu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib. Ona gələcək karyerasında uğurlar arzulanıb.
Monteneqrolu futbolçu 2019-cu ildən “Keşlə”nin uğurları üçün çalışırdı. 33 yaşlı müdafiəçi bundan sonrakı karyerasını ölkəsində davam etdirmək istəyir.
Miyuşko Boyoviç “Keşlə”dən öncə “Rudar”, “Şarlerua”, “Vasland Beveren”, “Enosis”, “Girmot” və “Uypeşt” kimi komandalarda çıxış edib.


