“Keşlə” “Səbail” üzərində inamlı qələbəyə sevindi

Premyer Liqada mövsümün qalan hissəsinə hazırlığı Bakıda davam etdirən iki komanda – “Keşlə” ilə “Səbail” bu gün yoxlama matçında üz-üzə gəlib. Arena.az xəbər verir ki, paytaxt təmsilçiləri Mərdəkandakı “Dalğa Arena”da qarşılaşıblar.

Oyun “Keşlə”nin inamlı qələbəsiylə yekunlaşıb. Paytaxt təmsilçisi Amil Yunanov və Qurban Səfərovun vurduğu qollar sayəsində sevinib.

Elita təmsilçiləri yanvarın 24-də daha bir sınaq matçında qarşılaşmağı planlaşdırırlar.

“Səbail” buna qədər “Qarabağ”ın əvəzediciləri ilə bir yoxlama oyunu keçirmişdi. Həmin qarşılaşmada qapılara qol vurulmamışdı. “Keşlə” isə ilk sınağına çıxıb.

Yoxlama oyunu
18 yanvar

Səbail – Keşlə 0:2
Qol: Amil Yunanov, Qurban Səfərov.

Xəbəri sosial şəbəkələrdə paylaş: