“Keşlə”nin yarımfinalda məğlub etdiyi rəqiblə final görüşü

Mayın 24-də Azərbaycan kubokunda final oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək.

Finalçılar ölkə kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gəlib. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişib. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” uduzmadığı duelin qalibi kimi finala yüksəlib (1:0, 1:1).

Azərbaycan kuboku
Final
24 may

“Keşlə” – “Sumqayıt” – 2 oyun, +1=1-0, top fərqi 2-1

Xəbəri sosial şəbəkələrdə paylaş: