Bu gün futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.
Arena.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutan həlledici oyunda “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Finalçılar ölkə kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gəlmişdilər. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişmişdi. Hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” uduzmadığı duelin qalibi kimi finala yüksəlmişdi (1:0, 1:1).
“Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb. Tarixində ilk dəfə belə uğura imza atan sumqayıtlıların ölkə kubokunda da ilkə imza atmaq şansı vardı. “Keşlə” isə Premyer Liqada altıncı yeri tutmuşdu. Bir dəfə (2017/18 mövsümündə) Azərbaycan kubokunun qalibi olmuş paytaxt təmsilçisi, ikinci dəfə belə uğura imza atmaq şansı əldə etmişdi. Belə olan halda bakılılar həm də avrokuboklara vəsiqə qazanacaqdılar.
Oyunda hesabı sumqayıtlılar açıblar. Daha doğrusu, “Keşlə”nin müdafiəçisi Miyusko Boyoviç avtoqola imza atıb. Fasiləyə qədər bakılılar buraxılan qollardan birinin əvəzini çıxa biliblər. İkinci hissənin əvvəlində isə Boyoviç qol vurmaqla həm öz günahını yuyub, həm də komandasını hesabda önə keçirib. Qalan dəqiqələrdə qol olmayınca “Keşlə” 2:1 hesabıyla qalib gəlib və tarixində ikinci dəfə Azərbaycan kubokunu qazanıb.
Azərbaycan kuboku
Final
24 may
“Keşlə” – “Sumqayıt” 2:1
Qol: Ş.Əliyev, 37. M.Boyoviç, 57 – M.Boyoviç, 3-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.
Masazır. “Bank Respublika Arena”.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov.
Baş məşqçi: Sənan Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Cəmaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitri Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.


