İngiltərə millisinin kapitanı Harri Keyn UEFA Millətlər Liqasının ilk turunda İspaniyaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilmiş qarşılaşmada İngiltərə İspaniyaya 2:3 hesabı ilə məğlub olub.
Qonaqların heyətində Lamin Yamal, Aleks Baena və Mikel Oyarsabal fərqləniblər. İngiltərənin qollarını isə Entoni Qordon və Harri Keyn vurublar. Bununla yanaşı, Keyn ikinci hissənin əvvəlində penaltidən yararlana bilməyib.
İngiltərə millisinin kapitanı komandasının müəyyən epizodlarda yüksək səviyyədə çıxış etdiyini və İspaniya ilə bərabər mübarizə apardığını bildirib:
“Dünya çempionatında yaxşı səviyyədə oynayırdıq, amma bütün 90 dəqiqə ərzində eyni tempdə və səviyyədə çıxış edə bilmirdik. İspaniya ilə matçda da vəziyyət buna bənzər idi. Lakin elə bir hissə oldu ki, çox uzun müddətdir nümayiş etdirmədiyimiz səviyyədə oynadıq. Bizim nəyə qadir olduğumuzu məhz bu göstərir.
Hazırkı dünya və Avropa çempionuna qarşı oynadıq və onlarla bərabər mübarizə apardıq. Əminəm ki, şərait bir qədər fərqli olsaydı, bu matçda qalib gələrdik.
Müsbət məqamları axtarmalıyıq. Təbii ki, hazırda məğlubiyyət üzücüdür, amma özümüzə gəlib yolumuza davam etməliyik”.


