Kompani: “Futbol belədir, elə, həyatın özü də…”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/4 finalının səfərdə baş tutmuş “İnter”lə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, Münhendəki ilk oyunda 1:2 hesabı ilə məğlub olmuş “Bayern”, Milandakı cavab oyununda 2:2 hesablı heç-heçə ilə barışmalı olub.

Kompani qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolda hər şey xırdalıqlarla müəyyənləşir. Əgər hər iki oyunu təhlil etsək, əgər buraxdığımız qolları nəzərə almasaq, bundan daha yaxşı gedişat təsəvvür etmək çətindir. Biz “İnter”in güclü tərəflərindən xəbərdar idik, ancaq özümüz də ardıcıl məqamlar yaratmaqla təhlükə təcəssüm etdirirdik. Münhen finalı bizim iştirakımız olmadan keçəcək, amma cəmi beş ay sonra biz yenidən Çempionlar Liqasında meydana çıxacağıq. Futbol belədir, həyatın özü belədir. Əlbəttə, kənarlaşdırılmağımız çox xoşagəlməzdir, amma bizim fürsətlərimiz vardı”, – “Bayern & Germany” dərgisi belçikalı mütəxəssisdən sitat gətirir.

Ümumi hesabda (4:3) üstünlük saxlamış “İnter” Çempionlar Liqasının yarımfinalına adalayıb və “Barselona” ilə qarşılaşacaq. “Bayern” isə ümidlərini növbəti mövsümə bağlamağa məcburdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: