Kompani “Haydenhaym” üzərində qələbəni şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 30-cu turunun “Haydenhaym”la səfər oyununu (4:0) şərh edib.

Arena.az “Bayern”in rəsmi saytına istinadən, belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz “Haydenhaym”ın çox oyununa baxmışdıq. Əgər siz onların son oyunlarına baxmısınızsa, onların nə qədər yaxşı olduqlarını görmüsünüz. Biz, burada necə çətin olacağını bilirdik. Biz güclü oyun nümayiş etdirdik, oyunçularıma böyük iltifat edirəm. Mən bu həftənin bizim üçün yaxşı başa çatdığına şadam”, deyə Komapni vurğulayıb.

30 oyundan 72 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Haydenhaym” isə 22 xalla 16-cı pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: