“Bayern”ın baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani Çempionlar Liqasının “İnter”lə Münhendəki ilk oyununu şərh edib.
Arena.az məlumat verir ki, “Bayern” ÇL-in yarımfinalı çərçivəsində doğma meydanda qarşılaşdığı İtaliya nəhənginə 1:2 hesabı ilə məğlub olub.
“Biz məğlub olduq, mən isə ancaq gördüyüm və duyduğum haqda danışa bilərəm. Mən, qol vura bilməyəcəyimiz kimi təəssürat yaşamırdım. Mənə elə gəlmirdi ki, hücumlarımız əbəsdir. Biz oyunun sonuna qədər fürsətlər yaratdıq, amma son nəticə heç də həmişə ədalətli deyil. Mahiyyətcə, yalnız birinci kəsim geridədir. Özü də, heç kim hesab 1:2 ikən “Yetər, mən təslim oluram, evlərimizə dağlışaq” sözləri ilə fasiləyə yollanmır. Biz Milanda qələbə qazanacağımıza inanırıq”, – UEFA-nın rəsmi saytı Kompanidən sitat gətirir.
Komandalar arasındakı cavab oyunu aprelin 16-da Milanda baş tutacaq.


