İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor Londonda keçirilən “Matchroom” boks tədbirində (promouşen) şounun qonağı olub.
Arena.az xəbər verir ki, irland ulduz tədbirdə öz şəxsi rinq qızlarının müşayiəti ilə peyda olub.
Xatırladaq ki, Konor Makqreqor özünün qeyri-adi davranışı müqabilində diqqət çəkməsi ilə məşhurdur.
Londonda gecənin əsas döyüşündə superağır çəkidə ikiqat dünya çempionu 33 yaşlı britaniyalı Entoni Coşua (26 qələbə – 23 nokaut, 3 məğlubiyyət) 39 yaşlı fin Robert Heleniusla (32 qələbə – 21 nokaut, 5 məğlubiyyət) döyüşəcək.


