Qarışıq döyüş növləri ustası irland döyüşçü Konor Makqreqor yeni simasını nümayiş etdirib. Arena.az xəbər verir ki, Makqreqor bu barədə özünün “Twitter” hesabında yazıb.
Makqreqor yeni simasına müvafiq, bığlarını və saqqalını qırxdıraraq çəkdirib paylaşdığı şəklinə dair yazı dərc edib:
“Boss babyface. İrlandiyada ailəsi tərəfindən tərk edilmiş, amma spirt istehsalında sərvət qazanmış. İndi isə mən qayıtdım”.
Xatırladaq ki, Konor Makqreqor 2021-ci ilin iyul ayında UFC 264-də amerikan döyüşçü Dastin Poryeyə texniki nokautla (ayaq sınığı) məğlub olduğu vaxtdan bəri yarışmır. Həmin döyüşdən sonra irland döyüşçü müalicəyə başlayıb və bu müddət ərzində dəfələrlə steroid istifadə etməkdə ittiham olunub. Makqreqor hələ də dopinq istifadəsi yoxlanılan UFC döyüşçülərinin bazasına qayıtmayıb.
Makqreqor növbəti döyüşündə amerikan döyüşçü Maykl Çendlerlə qarşılaşa bilər. Makqreqorun sözlərinə görə, döyüş dekabrın 17-də Las-Veqasda (ABŞ) keçiriləcək UFC 296 turnirində baş tutacaq.




