Konstantinos Karetsas Dortmund “Borussiya”sında!

Belçikanın “Genk” klubunun yunanıstanlı yarımmüdafiəçisi Konstantinos Karetsas bundan sonra Dortmund “Borussiya”sının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

18 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş 5 illik müqavilə imzalanıb. Transfer “Borussiya”ya 30 milyon avroya başa gəlib.

Konstantinos Karetsas Belçikada dünyaya göz açıb. O, bu ölkənin “Genk” və “Anderlext” klublarının yetirməsidir. 2024-cü ildən “Genk”in əsas komandasına cəlb olunan futbolçu burada 92 oyuna çıxıb, 6 qol vurub, 23 məhsuldar ötürmə müəllifi olub.

Belçikanın U-15, U-16, U-17 və U-21 yığmalarında da oynamış Karetsas 2025-ci ildən Yunanıstan millisində çıxış edir. Hücumameyilli yarımmüdafiəçi yığma komandada keçirdiyi 10 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: