Könül Mehdiyeva “Trabzonspor” – “Rujomberok” matçında

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, o, Avropa Liqasının 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin oyununda UEFA nümayəndəsi olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belə ki, Könül Mehdiyeva Türkiyənin “Trabzonspor” və Slovakiyanın “Rujomberok” komandaları arasında keçiriləcək ikinci oyunda iş başında olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, səfərdəki ilk görüşdə Türkiyə komandası bu rəqibinə iki cavabsız qolla qalib gəlib.