Kristiano Ronaldo Yaxın Şərqin ən yaxşı oyunçusu seçilə bilər

“Əl-Nəsr”in portuqal superulduzu Kristiano Ronaldo Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu adına iddialı futbolçular arasında yer alıb

Arena.az məlumat verir ki, ənənəvi “Globe Soccer Awards” çərçivəsində Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.

Mükafatın sosial şəbəkələrində müxtəlif nominasiyalar üzrə qələbəyə namizədlərin siyahıları dərc edilib. Onların arasında Ronaldo ilə yanaşı, Kərim Benzema, Riyad Mahrez kimi ulduz futbolçular da var.

Mükafata iddialı futbolçularını tam siyahısını təqdim edirik:

Salem Əl-Dəvsəri (“Əl-Hilal”), Murad Batna (“Əl-Fateh”), Kərim Benzema (“Əl-İttihad”), Əhməd Əl-Şenavi (“Əl-Əhli”), Abderrazaq Hamdallah (“Əl-İttihad”), Odion İqalo (“Əl-Vəhda”), Əli Məbhut (“Əl-Cəzirə”), Riyad Mahrez (“Əl-Əhli”), Maykl Olunqa (“Əl-Duhail”), Alexandro Romero Qamarra (“Əl-Ayn”), Anderson Taliska (“Əl-Nəsr”) və Krsitiano Ronaldo (“Əl-Nəsr”).

Xatırladaq ki, bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. Adətən mərasim hər il dekabrın son günlərində Dubayda keçirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: