Futbol üzrə Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk “Visla”sı da bu turnirdə ilk matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Skra” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyun “Visla”nın qələbəsiylə yekunlaşıb – 3:1. Bu qələbə sayəsində futbolçumuzun komandası 1/16 final mərhələsinə vəsiqə qazanıb.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 3-cü dəqiqədə sarı vərəqə də alıb.


