Krivotsyuk doğum günündə oynamadı, komandası qalib gəldi

Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Korona” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Bu gün doğum gününü qeyd edən millimizin üzvünün adı matçın iştirak ərizəsinə də salınmayıb.

Krivotsyukun 24 yaşı tamam olur. “Visla” sosial şəbəkələrdəki səhifələrində onu təbrik edib: “Mərkəz müdafiəçisi Anton 20 avqustda öz doğum gününü qeyd edir. O, “Visla”nın heyətində 18 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Doğum günün mübarək”!

Xatırladaq ki, Krivotsyuk 2021-ci ildə “Neftçi”dən Polşa klubuna keçmişdi.

“Visla” 6 turdan sonra 16 xalla 18 iştirakçı arasında liderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: