Krivotsyuk oynamadı, komandası dördüncü məğlubiyyətini aldı

Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Şlask”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Bu, “Visla”nın cari mövsümdəki dördüncü məğlubiyyətidir.

Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Visla” 15 turdan sonra 25 xalla 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: