Krivotsyuk “Suvon”la matçı buraxdı, komandası 3 qola üzüldü

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen” komandasının bu gün keçirdiyi oyunda iştirak hüququ qazanmayıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 14-cü turu çərçivəsində “Suvon”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası yekunda ağır məğlubiyyətə üzülüb – 0:3. Antonun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 15 oyuna topladığı 28 xalla 12 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Krivotsyukun komandası 15 oyuna 8 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Anton əvvəlki görüşlərin 12-də iştirak edib, cəmi 2 oyunu buraxıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 74 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: