Krivotsyukun komandası onun yoxluğunda darmadağın oldu

Futbol üzrə Cənubi Koreya çempionatında (K Liqa 1) 2023 mövsümünün 25-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası – “Daejeon Hana Sitizen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı ağır məğlubiyyətlə tərk edib – 0:3.

Anton bu görüşün iştirakçısı olmayıb. Buna millimizin üzvünün cəzalı duruma düşməsi səbəb olub.

“Daejeon Hana Sitizen” bu məğlubiyyətdən sonra 33 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, indiyə qədər bu komandada 21 çempionat matçına çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Futbolçumuz 1 qırmızı və 5 sarı vərəqə də alıb. Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 30 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: