Kvaratsxeliya: “Yunanıstanla matçda əlimizdən gələni edəcəyik”

Gürcüstan yığmasının hücumçusu Xviça Kvaratsxeliya Yunanıstan yığması ilə AÇ-2024-ün seçmə mərhələsinin final oyunu barədə danışıb.

Arena.az xatırladır ki, oyun martın 26-da Tbilisidə, “Boris Payçadze” adına stadionda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Biz əlimizdən gələni edəcəyik. Rəqiblərimizə hörmət edirik, amma güclü tərəflərimizin fərqindəyik. Özümüzə və azarkeşlərimizə inanırıq. Mən yaxşı formadayam və ümidvaram ki, komandanın qələbəsinə kömək edəcəyəm. Qolları kimin vurmasının fərqi yoxdur, ən başlıcası mübarizə aparmaq və qələbə qazanmaq üçün meydana çıxmaqdır”, – UEFA-nın rəsmi saytı Kvaratsxeliyadan sitat gətirir.

Xatırladaq ki, seçmə mərhələnin yarımfinalında Gürcüstan yığması Lüksemburq yığmasını (2:0), Yunanıstan yığması isə Qazaxıstan yığmasını (5:0) məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: