İngiltərənin “Aston Villa” klubu yamaykalı yarımmüdafiəçisi Leon Beyli ilə razılığa gələrək onunla müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər 3,5 + 1 illik yeni müqaviləyə imza atıblar. Yamaykalı oyunçunun bu klubla əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayında bitəcəkdi. Yeni sözləşməyə əsasən o, ən azı daha iki il “Aston Villa”nın uğurları üçün çalışmağa davam edəcək.
Leon Beyli 2021-ci ildən Birmingem klubunda çıxış edir. İngiltərə klubu onu həmin vaxt Almaniya təmsilçisi “Bayer”dən 32 milyon avroya transfer etmişdi. Beyli Premyer Liqa təmsilçisinin heyətində bütövlükdə 87 oyuna çıxıb, 16 qol və 15 məhsuldar ötürmə müəllifi olub.
Yamaykalı futbolçu əvvəllər “Genk” və “Bayer”in şərəfini qoruyub. O, 2019-cu ilin iyun ayında debüt etdiyi Yamayka yığmasında 28 oyuna çıxıb, 5 qol vurub.



