Azərbaycanın futbol üzrə İkinci Liqasında mübarizə aparan “Lerik” komandası qış fasiləsində 10 oyunçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə komandanı tərk ediblər. Onların hər biri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “Lerik” İkinci Liqanın 2023/2024 mövsümünün dövrələrarası fasiləsinə 12 xalla 11-ci pillədə yollanıb.


