Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində Litva – Azərbaycan oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, artıq sözügedən komandaların bu oyun üçün heyətləri də açıqlanıb.
Qeyd edək ki, bu görüşü Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Menelaos Antoniu olacaq.
Kaunas şəhərindəki Styaponas Daryus və Stasis Girenas adına stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Bu, millimizin yeni mövsümdəki ilk sınağıdır. Litvalılar isə ötən gecə səfərdə Lixtenşteyn üzərində 2:0 hesablı qələbəyə seviniblər.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
27 sentyabr
17:00. Litva – Azərbaycan
Hakimlər: Menelaos Antoniu, Pavlos Georgiu, Eraklis Komodromos, Konstantinos Fellas (hamısı Kipr).
Kaunas. Styaponas Daryus və Stasis Girenas adına stadion
Litva: 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 3. Edqaras Utkus, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 16. Lukas Miçelbrink, 18. Vilius Armalas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Edvinas Gertmonas, 12. Tomas Şvedkauskas, 4. Jiqmantas Baltrunas, 5. Kipras Kazukolovas, 6. Modestas Vorobyovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 17. Faustas Steponaviçyus, 19. İqnas Venckus, 20. Rokas Lekiatas, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 15. Bədavi Hüseynov (k), 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov, 11. Ayxan Hüseynov, 14. Elvin Bədəlov, 16. Oruc Məmmədov, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.


