Serbiyanın “Javor-Matis İvanitsa” klubunun Kot-d’İvuardan olan mərkəz hücumçusu Lue Bayere bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.
Tam adı Lue Bayere Junior olan hücumçu İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Javor-Matis İvanitsa” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib. O, 2023-cü ildən formasını geyindiyi “Javor-Matis İvanitsa” klubunun heyətində 81 oyuna 16 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Zirə” daha öncə Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev, Krismael Diqbeu və Dameyn Smiti də heyətinə qatmışdı. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə yeni müqavilə bağlamış klub Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov və Fuad Bayramovla da yollarını ayırıb.


