Fransa çempionatının (Liqa 1) yeni mövsümü PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike üçün qalmaqalla bağlayıb.
Arena.az xəbər verr ki, Liqa 1-in 2024/2025-ci illər mövsümünün 1-ci turu çərçivəsində keçirilmiş “Havr” – PSJ oyununda xoşagəlməz hadisə yaşanıb.
İspan məşqçi 4:1 hesabıyla qalib gəldikləri matç zamanı əlindəki su şüşəsini rəqibin ehtiyat oyunçular skamyası istiqamətinə tolazlayıb.
Hadisədən sonra “Havr”ın çalışdırıcısı, fransız mütəxəssis Didye Diqar bu məqamla bağlı ehtiyat hakimə müraciət edib. Amma oyun başa çatdıqdan sonra Luis Enrike Didye Diqara üz tutaraq, ondan üzr istəyib.
PSJ ilə oyundan sonra Diqar hadisə iəl bağlı açıqlama verib:
“Bu vəziyyət Enrike ilə münasibətimizi qətiyyən kəskinləşdirmir. O, şüşəni atdı, amma məni görmədi. Enrike bunu qəsdən etməyib”, – “RMC Sport” dərgisi Diqardan sitat gətirir.


