“Real”ın keçmiş ulduzu, portuqal yarımmüdafiəçi Luis Fiqo “kral klubu”nun yeni transferi, ingilsi yarmmüdafiəçi Cud Bellingem haqda danışıb.
Arena.az “Madrid Xtra” dərgisinə istinadən Fiqunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bellingem çox güclü başladı və “Real”a tez uyğunlaşdı. Belə gənc yaşına rəğmən, o, şübhəsiz ki, artıq planetin ən yaxşı futbolçularından biridir. Bütün bunlar onun nümayiş etdirdiyi istedad və işinə münasibət sayəsindədir”, deyə Luis Fiqo bildirib.
Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib və üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Yenicə başlamış cari mövsümdə Bellingem “Real”ın heyətində 4 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.


