“Turan Tovuz” daha bir legioneri – Braziliyadan olan hücumçusu Luis Henrike Paçu Lira ilə yollarını ayırmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, 28 yaşlı forvard 2023-cü ilin yayında “Turan Tovuz”a keçmişdi. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 oyunda 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Luis Henrike Paçu Lira daha öncə “Botafoqo”, “Qonsalense”, “Santa-Krus”, “Boavişta”, “Lemense”, “Atletiko” (Paraiba), “Sianorte”, “Trofense” kimi klublarda da forma geyinib.
“Turan Tovuz” bu yay Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi, Kamal Bayramov, Brunao və Slavik Alxasovla da yollarını ayırmışdı.
Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov, Xəyal Nəcəfov və Roderik Miller isə klubla yeni müqavilə bağlayıblar.
Gedənlərin əvəzində Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya), Sergey Samok (“KamAZ”, Rusiya), Kristian da Silva (“Sabah”), Veysəl Rzayev (“Sabah”), Araş Qadiri (“Zobahan”, İran), Rüfət Əhmədov (“Qəbələ”) və İbrahim Ramazanov (“Qəbələ”) komandaya cəlb olunub. Ötən mövsümü “Şamaxı”da icarədə keçirmiş Elçin Qasımov da Tovuz klubuna qayıdıb.