Luis Rubiales daha bir ədəbsizliyinə görə tənqid edildi – Foto

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales ədəbsizliyinə görə yenidən tənqid atəşinə tutulub.

Arena.az xəbər verir ki, o, İspaniya Kraliçası Letisiya və onun 16 yaşlı qızı Sofiyanın yanında etdiyi ədəbsiz jestinə görə tənqid hədəfinə alınıb.

Sosial şəbəkələrdə Rubialesin öz tənasül üzvünü tutaraq, ədəbsiz jesti necə ifadə etdiyini əks etdirən şəkil peyda olub.

Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist mərəkəyə düşmüşdü. Prezident, futbolçu Cenni Ermosonun başını tutub və dodaqlarından ehtirasla öpüb. Daha sonra onun başqa bir futbolçudan – Olqa Karmonadan da busə aldığını görüntüləyən kadr yayılmışdı. Sosial şəbəkələrdə bu epizodu şərh edən Ermoso Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb.

Hadisənin özü futbol ictimaiyyətində tənqidlərlə müşayiət edilən qızğın müzakirələrə səbəb olub. Rubialesin özü isə “bu, iki dostun qələbəni qeyd etdiyi an idi”, deyə çulunu sudan çıxarıb.

Amma Kraliyyət ailəsinin hüzurunda göstərdiyi ədəbsiz jestə Rubiales hələ şərh verməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: