Luis Rubiales: “Ermoso ilə öpüş lotereyada uduş qədər təbii idi”

Bu yaxınlarda İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales məhkəmə qarşısına çıxıb.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Rubiales qadınlardan ibarət İspaniya yığmasının futbolçusu Cennifer Ermosonu öpməsi ilə bağlı məhkəməyə ifadə verib:

“O, yanımdan keçərkən digər oyunçuları və məşqçini təbrik edirdim. O, məni qucaqlamaq üçün yaxınlaşdı. Biz qucaqlaşanda ona dedim ki, onsuz biz dünya çempionatını qazana bilməzdik. Mən onu öpə biləcəyimi soruşdum və o, mənə dedi: “yaxşı”. Bu, lotereyada uduş və ya dünya çempionatında qələbə qədər təbii baş verdi, hamısı kortəbii idi. O, özü mənə dedi ki, buna dəyərdi”, deyə Rubiales bildirib.

Mənbənin məlumatına görə, Rubiales məhkəmədə öz mövqeyini 54 dəqiqə 36 saniyə ərzində müdafiə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: