Luis Rubiales sərbəst buraxıldı

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Arena.az bu barədə İspaniyanın “El Español” internet-nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl Rubialesin prokurorluq onun həbsinə fərman verdikdən sonra İspaniyada hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı məlum olmuşdu.

Müvafq fərman İspaniya Super Kubokunun ev sahibliyi hüququnun Səudiyyə Ərəbistana verilməsi ilə bağlı bu ölkə ilə müqavilə haqda işə görə İspaniya Kral Futbol Federasiyasının binasında axtarışlar aparıldıqdan sonra verilib. İstintaq İspaniya Milli Məşqçilik Məktəbinin prezidentinin Luis Rubialesə və “Barselona”nın keçmiş futbolçusu Jerar Pikeyə qarşı biznes korrupsiyası və ədalətsiz idarəçilik iddiaları ilə bağlı şikayətindən sonra başlayıb.

Daha sonra məlum olub ki, İspaniya Super Kubokunu keçirməyə görə Jerar Pikenin nəzarətində olan şirkətə 24 milyon avro məbləğ ödəmək üçün Luis Rubialesin Səudiyyə Ərəbistanı hakimiyyətinə təzyiq göstərdiyini təsdiqləyən sənədlər var.

Bu sövdələşmənin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması əlamətlərinin olduğu vurğulanıb. Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, İspaniya Kral Futbol Federasiyası hər il 40 milyon avro məbləğində qazanc əldə edir.

Bütün bu işlər Luis Rubialesin rəhbər vəzifəni tutduğu vaxt baş verib. Güman edilir ki, sabiq prezident bütün bunlardan xəbərsiz ola bilməzdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: