“Araz-Naxçıvan”ın dayaq yarımmüdafiəçisi Məhəmməd Kadiri Azərbaycan Premyer Liqasında “ayın qolu” layihəsinin qalibi olub.
Arena.az xəbər verir ki, o, Premyer Liqa çərçivəsində oktyabr ayının qalibi adını qazanıb.
Onun “Qəbələ” ilə matçda vurduğu qol Peşəkar Futbol Liqasının oktyabr ayı üçün keçirdiyi sorğunun yekununa əsasən 163 səslə “Ayın qolu” seçilib. Futbolçu ikinci dövrənin ilk matçında Naxçıvan təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda komandasının 2-ci qolunu vurmuşdu.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”ın daha bir futbolçusu bu nominasiyanın qalibi olmuşdu. Belə ki, Turan Manafovun avqustda “Sumqayıt”la oyunda vurduğu qol ən yaxşı seçilmişdi. O da mükafatını məhz “Dalğa Arena”da almışdı.
Məhəmməd Kadiriyə də mükafatı məhz “Dalğa Arena”da bu gün baş tutan “Kəpəz”lə ev oyunundan əvvəl təqdim olunub. Ona mükafatları Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.
Məhəmməd Kadiri bu ilin iyul ayından “Araz-Naxçıvan”ın uğurları üçün çalışır. Qanadan olan 27 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 11 oyunda 1 qol vurub.




