Mahir Emreli bu fotosu ilə gündəm oldu

Futbol üzrə Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının hücumçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşdığı foto ilə gündəmə gəlib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu “İnstagram”dakı səhifəsinin hekayə bölməsində gənc xanımla fotosunu paylaşaraq ürək işarəsi qoyub.

Bu xanımın onun sevgilisi olduğu ehtimal olunur. Amma həmin xaımın kim olduğu və Mahirlə hansı münasibətdə olduğu dəqiq bilinmir.

Xatırladaq ki, Mahir Emreli Zaqreb “Dinamo”suna bu ilin əvvəlində Polşanın “Legiya” klubundan transfer olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: