Futbol üzrə Azərbaycan yığmasının və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli ilk dəfə sevgilisindən danışıb. Arena.az xəbər verir ki, o, Xorvatiya mətbuatına verdiyi müsahibədə “Zaqrebdə kimlə yaşayırsınız” sualını belə cavablayıb:
“Sevgilim var. Hazırda Zaqrebdədir. Həmçinin qardaşım da buradadır. Yaxın günlərdə anamla bacım da yanıma gələcək. Düzü, şəhərə çox çıxmıram. Vaxtımın çoxunu evdə keçirirəm. Hər şey yaxındadır. Zaqrebi çox sevirəm. Bu şəhər mənim üçün uyğundur. Böyük şəhərləri sevmirəm. Zaqreb isə mənə Bakını xatırladır. Çünki burada bir yerdən digər yerə tez getmək mümkündür”.
Xatırladaq ki, bir müddət əvvəl Mahir Emreli “İnstagram” hesabında gənc xanımla fotosunu paylaşaraq ürək işarəsi qoymuşdu. Şəkil sosial media izləyicilərinin marağına səbəb olmuşdu.



