Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) debüt edib. Arena.az xəbər verir ki, 25 yaşlı hücumçunun yeni komandasındakı rəsmi debütü Avropa Liqasının pley-off mərhələsinə təsadüf edib.
O, İspaniyada “Sevilya”ya qarşı keçirilən pley-offun ilk matçında meydana buraxılıb. Mahir Emreli 58-ci dəqiqədə Deni Yuriçi əvəzləyib. Lakin futbolçumuz komandasının məğlubiyyətlə üzləşdiyi oyunda fərqlənə bilməyib.
Qeyd edək ki, Zaqreb “Dinamo”su bu görüşdə 1:3 hesablı məğlubiyyətə üzülüb. Qarşılaşmadakı bütün qollar ilk yarıda vurulub.


