Malik Həsənov lisenziya turnirində növbəti qələbəsini qazandı

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində növbəti döyüşünə çıxıb.

Arena.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığmamızın üzvü 1/16 finalda Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.

Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər. Beləliklə, Malik Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək.

Xatırladaq ki, bu gün yığmamızın digər üzvlərindən Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: