Futbol üzrə Malta millisinin iyun ayında Azərbaycan və Slovakiya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün ilkin heyəti müəyyənləşib.
Arena.az bu barədə Malta Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumat verir.
Malta millisinin baş məşqçisi Emilio De Leo iyunun əvvəlində keçiriləcək Slovakiya və Azərbaycanla yoxlama görüşləri üçün 34 futbolçudan ibarət ilkin heyəti açıqlayıb.
Malta Futbol Assosiasiyasının məlumatında bildirilir ki, bu oyunlar baş məşqçi Emilio De Leo üçün UEFA Millətlər Liqası öncəsi heyəti dəyərləndirmək baxımından əhəmiyyət daşıyır. İlkin heyətdə bir neçə yeni ad da yer alıb. Onlar arasında “Reynbous”un hücumçusu Lyuk Borq, “Zabbar Sankt-Patrik”dən Nikolas Akius və İtaliyanın “Kozentsa” klubunda çıxış edən Kevin Kannavo xüsusi qeyd olunub.
Qeyd edək ki, Malta yığması əvvəlcə 1 iyunda Slovakiya ilə, daha sonra 5 iyunda Azərbaycanla qarşılaşacaq. Azərbaycan – Malta oyunu Macarıstanın Sombatxey şəhərindəki “Haladaş Sportkompleksum” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Malta millisinin qarşıdakı oyunlar üçün ilkin heyəti belədir:
Qapıçılar: Henri Bonello (“Hamrun Spartans”), Raşed Al Tumi (“Slima Uonderers”), Ceyms Sissons (“Çesterfild”, İngiltərə), Matias Debono (“Naksar Lions”);
Müdafiəçilər: Zak Muskat (“Şaveş”, Portuqaliya), Xuan Karlos Korbalan (“Marsaxlokk”), Kurt Şou (“Hibernians”), Enriko Pepe (“Marsaxlokk”), Jan Borq (“Slima Uonderers”), Ceyk Vassallo (“Mosta”), Kin Şikluna (“Zabbar Sankt-Patrik”), Qabriel Ments (“Cezira Yunayted”), Aleandro Qarsiya (“Birkirkara”), Mayls Birman (“Floriana”), Karlo Zammit Lonardelli (“Floriana”);
Yarımmüdafiəçilər: Metyu Gilyomye (“Hamrun Spartans”), Brandon Dieqo Payber (“Valletta”), Aleksander Satariano (“Atina Kalliteya”, Yunanıstan), Ceyk Azzopardi (“Valletta”), Matias Qarsiya (“Hamrun Spartans”), Teddi Teuma (“Standard”, Belçika), Adam Maqri Overend (“Slima Vanderers”), Ceyk Qrex (“Floriana”);
Hücumçular: Cozef Mbonq (“Hamrun Spartans”), Pol Mbonq (“Floriana”), İlyas Suaref (“Sion”, İsveçrə), Lyuk Borq (“Reynbous”), İrvin Kardona (“Sent-Etyen”, Fransa), Nikolas Akius (“Zabbar Sankt-Patrik”), Basil Tuma (“Ridinq”, İngiltərə), Kevin Kannavo (“Kozentsa”, İtaliya), Nevin Portelli (“Mosta”), Keyon Evurum (“Torino”, İtaliya), Andrea Zammit (“Valletta”).
Xatırladaq ki, Azərbaycan millisi iyunun 9-da da San Marino yığması ilə də yoxlama oyunu keçirəcək.


