“Neftçi” müdafiəçisi Mamadu Mbodj ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Seneqallı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Mamadu Mbodj 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuşdu. O, geridə qalan 5 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 94 rəsmi oyunda meydana çıxıb. Bu görüşlərdə 9 qola imza atan oyunçu, 2021-ci ildə Azərbaycan çempionu olub.


