Mamadu Mbodj: “Olimpiakos”la oyuna çox yaxşı hazırlaşmışıq”

“Neftçi”nin müdafiəçisi Mamadu Mbodj UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bura nə üçün gəldiyimizi bilirik. Oyuna yaxşı hazırlaşmışıq. Sabah uğurlu oyun sərgiləməyə çalışacağıq. “Olimpiakos”la oyuna çox yaxşı hazırlaşmışıq. Əvvəllər gördüyünüzdən daha yaxşı Mbodj görəcəksiniz. İnanıram ki, sabah yenə sinəmdə Babakarın fotosunu görəcəksiniz. Yeni transferlərimiz də var. İnanıram ki, onlar bizim gücümüzə güc qatacaqlar. Hər ikisini salamlayıram”.