Bu gün İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” klubları arasında UEFA Super Kuboku uğrunda oyun keçirilib.
Arena.az xəbər verir ki, şəhərlilər bu yay UEFA Çempionlar Liqasının, ispanlar isə Avropa Liqasının qalibi olmuşdular.
Bu üzdən də UEFA Super Kubokununun 2023-cü il mövsümündə İspaniya və İngiltərə təmsilçiləri üz-üzə gəliblər. Sözügedən komandaların görüşü Yunanıstanda, Georgios Karaiskakis adına stadionda baş tutub.
Qarşılaşmada hesabı “Sevilya” açıb. Lakin 25-ci dəqiqədə önə keçən ispanlar bu üstünlüyü 63-cü dəqiqədə əldən veriblər. Matçın əsas vaxtı 1:1 hesabıyla bitib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün birbaşa penalti seriyasına müraciət olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Mançester Siti” UEFA Super Kubokunun qalibi olub.
Xatırladaq ki, bu, Mançester təmsilçisinin ilk belə uğurudur. UEFA Super Kubokunu ən çox qazanan komandalar isə “Barselona”, “Real” və “Milan”dır. “Sevilya” da bir dəfə UEFA Super Kubokuna sahib çıxıb.
Sonda onu da qeyd edək ki, “şəhərlilər” geridə qalan mövsümdə “trebl”ə imza atmışdılar. Xosep Qvardiolanın yetirmələri İngiltərə Premyer Liqasının, İngiltərə Federasiya Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olmuşdular.
UEFA Super Kuboku
16 avqust
Mançester Siti – Sevilya 1:1 (penaltilər 5:4)
Qollar: Palmer, 63 – En Nesiri, 25.
Yunanıstan. “Georgios Karaiskakis” stadionu.


