“Mançester Yunayted” ən aşağı gigiyena balı aldı

“Mançester Yunayted”də Qida Standartları Agentliyinin yoxlaması İngiltərə nəhəngi üçün xoşagəlməz sonluqla başa çatıb.

Arena.az xəbər verir ki, dekabrın əvvəlində “Old Trafford” stadionunda sağlamlıq tədbirində təqdim edilmiş toyuq budunu yedikdən sonra bir neçə nəfərin zəhərlənməsi nəticəsində, Qida Standartları Agentliyi bu klubun qida gigiyenası reytinqini aşağı salıb.

Məlumat “Daily Mail” dərgisi yayıb. Xəbərdə bildirilir ki, Mançester klubunun qida gigiyena reytinqi 5-dən 1-ə endirilib.

Vurğulanır ki, komandaya yaxın mənbə insanların toyuq ətindən zəhərlənməsi hadisəsinin təcrid olunmuş hadisə olduğunu, səbəbinin tez şəkildə müəyyən edilərək aradan qaldırıldığını bildirib.

“Mançester Yunayted” indi klubun əvvəllər aldığı ən yüksək qida gigiyenası reytinqini bərpa etmək məsələsini ciddi hədəfə alıb. Bu məqsədlə “qırmızı şeytanlar” ərzaq məhsullarının təhlilini aparacaq müstəqil auditorlara müraciət ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: