Maqsud Adıgözəlov Klublar Komitəsinin yeni sədri seçildi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın prezidenti Maqsud Adıgözəlov AFFA Klublar Komitəsinin yeni sədri seçilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin yeni sədri seçilib. İclasda digər məsələlər də müzakirə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: