Matyaj Kek: “Sloveniya yığması AÇ-2024-də turist deyil”

Sloveniya yığmasının baş məşqçisi Matyaj Kek AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Danimarka yığması ilə oyun ərəfəsində şərh verib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, sloven mütəxəssis komandasının gücünü qiymətləndirib:

“Bizim kifayət qədər gənc komandamız var, amma imkanımız böyükdür. Çoxlu futbolçular var ki, gənclər komandalarından keçiblər və indi böyüklərdən ibarət komandada sabit oyunçulardır. Yaka Biyol, elə, Adam Çerin kimi, fantastik oyunçuya çevrildi. Əminəm ki, Sloveniya AÇ-2024-də turist olmayacaq. Mən istəyirəm ki, uşaqlar özlərini göstərsinlər. Və onlar döyüşəcəklər. Niyə qrupdan çıxmaq barədə düşünməyək ki?”, deyə Matyaj Kek iddiasını ortaya qoyub.

Xatırladaq ki, Sloveniya yığması “C” qrupunda Danimarka, Serbiya və İngiltərə yığmaları ilə mübarizə aparacaq.

Sloveniya yığması ilk oyununu bu gün, iyunun 16-da “Ştutqart”ın “Mersedes-Bents Arena”sında Danimarka yığmasına qarşı keçirəcək. Hakimin oyunu başladacaq fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: