Messi 900-cü matçına çıxdı

“Sevilya” ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.

34 yaşlı futbolçu bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.

Qeyd edək ki, “Sevilya” – “Barselona” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü martın 3-də keçiriləcək.