“Milan” iddialı olmalı və miqyaslı düşünməlidir”

İtaliya nəhəngi “Milan”ın düşərgəsindən Avropa Liqasının püşkatmasının “rossoneri” üçün nəticəsinə dair açıqlama gəlib.

Arena.az məlumat verir ki, komandanın sabiq müdafiəçisi, hazırda klubun fəxri vitse-prezidenti Franko Barezi Avropa Liqasının 2023/2024 mövsümü üçün ələmə mərhələsinin püşkatmasının nəticəsini komandası üçün şərh edib.

Püşk Milanın eyniadlı təmsilçisinə bu mərhələdə Fransanın “Renn” komandasını rəqib müəyyənləşdirib.

“Biz bilirik ki, futbolda heç kimi qiymətləndirməmək olmaz, lakin iddialı olmalı və miqyaslı düşünməliyik. Fransa komandaları çətindir, amma biz qələbə haqda düşünməliyik. Biz “Milan”ıq, miqyaslı düşünməliyik: heç kəsi incitmədən, amma bu rəqabəti düzgün qəbul etməliyik”.

Xatırladaq ki, bu gün, dekabrın 18-də İsveçrənin Nyon şəhərində Avropa Liqasının 2023/2024-cü il mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşk zamanı 16 komanda rəqibini tanıyıb: Avropa Liqasının qrup mərhələsində 2-ci yeri tutmuş 8 klub (səpələnmişlər), Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş 8 klub (səpələnməmişlər). Cütlərin qalibləri turnirin 1/8 finalına yüksələcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: