AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqiblərindən olan Belçika yığması bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko yetirmələrini Serbiya yığması ilə görüşdə sınaqdan keçirib.
Qarşılaşma Belçika yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 2-ci dəqiqədə meydan sahiblərinin təcrübəli futbolçu Yannik Karrasko vurub.
Xatırladaq ki, Belçika yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsindəki sonuncu oyununu doğma meydanda məhz Azərbaycan millisinə qarşı keçirəcək. Komandalar noyabrın 19-da Brüsseldəki “King Baudouin Stadium”da üz-üzə gələcəklər. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi Belçika yığmasına qarşı ilk oyununu sentyabr ayında Bakıda keçirmiş və 0:1 hesabıyla məğlub olmuşdu. Belçika hazırda 17 xalla qrup lideridirsə, Azərbaycan 4 xalla 4-cü pillədə qərarlaşıb.


