Bu gün keçirilmiş final qarşılaşması ilə Bakı şəhərində təşkil olunmuş minifutbol üzrə dünya çempionatına (DÇ-2025) yekun vurulub.
Arena.az xəbər verir ki, mundialın son günündə 3-cü yer uğrunda və final qarşılaşmaları keçirilib.
Əvvəlcə Serbiya və Monteneqro milliləri üçüncü yer uğrunda mübarizəyə start veriblər. Asan qələbə qazanan serblər dünya üçüncüsü olublar.
Azərbaycan milli komandası isə Macarıstan yığması ilə finalda üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilmiş matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn minifutbol millimiz dünya çempionu olub.
Millimizin qollarını Təmkin Xəlilzadə (3), Məhəmməd Xəlilov (8) və dubla imza atmış Rəvan Kərimov (10; 29) vurublar.
Dünya çempionatı
1 iyun
3-cü yer uğrunda oyun
Monteneqro – Serbiya 0:3
Final
Azərbaycan – Macarıstan 4:2


