Minifutbol: Millimiz Bakıdakı DÇ-də ilk qələbəsini qazandı

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Bakıda təşkil olunmuş dünya çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, yığmamız qrup mərhələsinin 2-ci turu çərçivəsində Sloveniya seçməsi ilə üz-üzə gəlib.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda iki gün əvvəl Bəhreynlə qollu heç-heçəyə (1:1) razılaşmışdı. Sloveniya ilə oyunda isə komandamız ilk qələbəsini qazanıb. Yığmamız bu rəqibini 4:0 hesabı ilə məğlub edib. Millimiz bu nəticə sayəsində qrupda lider mövqeyinə yüksəlib.

Qrupun digər matçında Mavritaniya və Bəhreyn üz-üzə gəlib. Qarşılaşma afrikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Minifutbol, dünya çempionatı
A qrupu
23 may

Sloveniya – Azərbaycan 0:4
Qollar: Elvin Əlizadə, 10. Mirmehdi Rzayev, 11. Xətai Bağırov, 25. Kamran Abdullazadə, 40.

Xəbəri sosial şəbəkələrdə paylaş: