Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda təşkil olunmuş dünya çempionatı çərçivəsində bu gün növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmamız Monteneqro millisi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutmuş görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.
Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub. Millimizin rəqibi Macarıstan – Çexiya matçında müəyyənləşəcək. Sözügedən qarşılaşma da bu gün keçiriləcək.
Minifutbol üzrə dünya çempionatı
Yarımfinal
30 may
Azərbaycan – Monteneqro 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 – Nikola Radoniç, 30.


